Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Mirzəyev Fərhad Səyyad oğlu 1972-ci il aprel ayının 17-də Azərbaycanımızın dilbər güşələrindən olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Püsyan kəndində anadan olmuşdur. Fərhad Mirzəyev 1978-ci ildə Şərur rayon Məmməd Əsgərov adına Püsyan kənd orta mətkəbinin 1-ci sinfinə daxil olur. 1988-ci ildə həmin məktəbin XI sinfini bitirir. 1990-cı ildə vətənin odlar içində yandığı dövürdə Fərhad da öz vətən borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanır. Naxçıvan Muxtar Respublikası “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayır. Bu dövrdə “Qarabağ” da vətənin bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər Naxçıvanda da təsirsiz ötüşməyib. İgidlər oylağı , ərənlər diyarı Naxçıvan özünün igid oğulları ilə birgə düşmən təcavüzünün, düşmən təxribatının qarşısını almaq üçün səfərbər olmuşdular. Keçilməz qala Sədərəkdə gedən döyüşlərdə Fərhad da öz döyüş yoldaşları ilə birlikdə vuruşurdu. Vətənpərvərliyi, cəsarəti və əzimkarlığı ilə komandirlərinin və yoldaşlarının böyük rəğbətini qazanmışdır. Düşmənə bir qarış torpaq verməkdənsə öz şirin canlarını verən vətənin qeyrətli oğullarından biri də məhz elə Fərhaddır.
Fərhad Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən 1992- ci il may ayının 19-da qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Mirzəyev Fərhad Səyyad oğlunun nəşi Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️