Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Mirzəyev Yusif Vəli oğlu 23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı orta məktəbi bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alıb.
1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Yusif Mirzəyevin ilk döyüşü Ağdərə-Goranboy istiqamətində olub. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilib. Ağdərədə 17 kəndin alınmasında onun müstəsna xidməti olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü heç bir itki vermədən mühasirədən çıxarıb. Əldə etdiyi nailiyyətlərə görə briqada komandirinin müavini təyin edilib.
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində qəhrəmancasına şəhid olub. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Evli idi, 1 övladı var
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️