Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Novruzov Nazim Vəli oğlu 1959-cu ildə yanvarın 10-da Şərur rayonunda anadan olub. Orta məktəbi Şərur rayonunda bitirdikdən sonra Bakı şəhərində fəhlə işləyib. Rusiyada hərbi xidməti başa vurduqdan sonra Binəqədi rayon polis şöbəsində işləyib. 1990-cı ildə könüllü olaraq, vətən torpaqlarının müdafiəsinə gedib. Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan döyüş zonalarında erməni işğalçılarına ağır zərbələr endirib. Ağdam rayon Seyidlər kəndi uğrunda gedən döyüşlər zamanı erməni gülləsinə duş gəlir. 1994-cü il fevralın 6-da Nazim qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. O, son nəfəsində ana nəfəsinə, ata səsinə ehtiyacı olsa da heç birini görmədi, görüşə bilmədi. Çünki atası 1985-ci il oktyabrın 28-də, anası isə 1987-ci il fevralın 28-də dünyasını dəyişmişdi.
Novruzov Nazim Vəli oğlunun nəşi Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️