Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1998-2006-cı illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə, 2006-2009-cu illərdə Naxçıvan şəhər H.Əliyev adına Hərbi Liseydə, 2009-2013-cü illərdə isə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, 2013-cü ildə leytenant rütbəsi alaraq Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təkmilləşdirmə kursu keçmişdir. Qabil Orucəliyev 2014-cü ildə hərbi təhsilini başa vurduqdan sonra müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Ailəli idi. Bir övladı var. Övladına şəhidin
adı verilib. Şəhidin məzarı Naxçıvan şəhərindəki Əliabad qəbiristanlığındadır
Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️