Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Famil Hüseyn oğlu Qədimov 01.01.1974-cü ildə Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə həqiqi hərbi xidmətə başlamış, Sədərək döyüşlərində aktiv iştirak etmişdir. Döyüşlərdən birində snayperlə başından vurulsada sağ qalmışdı. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılmışdır. 18.06.1996-cı ildə Sədərəkdə döyüş meydanında snayper atəşiylə şəhidlik zirvəsinə ucalmışdır. Şahtaxtı kənd qəbiristanlığında dəfn olunmuşdur.