Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Quliyev Həsən İbrahim oğlu 1996-cı il sentyabrın 30-da Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. İlk təhsilini Qarahəsənli kənd tam orta məktəbində alan Həsən 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisasına yiyələnmişdir. Azərbaycan Ordusunun leytenantı olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək sentyabrın 29-daqəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda",“ İgidliyə görə” ,"Suqovuşanın azad olunmasına görə"medalları,3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Şəhid Leytenant Həsən Quliyevin nəşi Şərur rayon Qarahəsənli kənd qəbirstanlığında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️