Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Rəhimov Asəf Bayram oğlu 1960-cı ilin yanvar ayının 24-də Şərur rayonununDüdəngə kəndində anadan olub. Düdəngə kəndində böyüyüb başa çatıb və orta məktəbibitirdikdən sonra Ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildə Şərur rayon Polis şöbəsinin Post patrul xidməti rotasında polis nəfəri vəzifəsinə qəbul olunur. Onu hamı Əlibaba deyə çağırırdı.Əlibaba bir çox döyüşlərdə iştirak etmiş və mənfur düşmənlərə ağır zərbələr vurmuşdur.Düşmənlər Sədərəkdəki müdafiə qüvvələrimizi parçalamaq niyyəti ilə Günnüt kəndinə basqınlar edirdi.Onun son döyüşü 1992-ci ilin may ayının 13-də Günnüt kəndində oldu. O, döyüş yoldaşlarını mühasirədən çıxararaq düşmənlə təkbətək qalıb son gülləsinədək vuruşdu. Son gülləsini isə düşmənin əlinə keçməməsi üçün özünə sıxdı. Asəf bununlada şəhidlik zirvəsinə ucaldı.Ümummilli Liderimiz Heydər Əliyevin ermənistanın o zamankı prezidenti L.Ter-Petrosyanla apardıqları danışıqlardan sonra Qəhrəmanımızın cəsədi düşməndən alınaraq anadan olduğu Şərur rayonunun Düdəngə kənd qəbirstanlığında dəfn olundu. Ailəli idi, 2 övladı vətənə əmanət qalıb.
Azərbaycan Respublikasının Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 №-li fərmanı ilə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️