Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şahsuvarlı Əmrah Musa oğlu 20 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olub. 2004-cü ildə doğulduğu kənddə Xanlıqlar kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. Məktəbdə oxuduğu müddətdə müəllim kollektivinin hörmətini qazanmışdır. 2014-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2015-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, “N” saylı hərbi hissənin erməni ilə sərhəd olan döyüş bölgəsində Soyuq dağda xidmətə başlamışdır. Xidməti dövründə nizam- intizamı ilə fərqlənirdi. 10 avqust 2016-cı ildə Soyuq dağda döyüş təminatlı tapşırıq yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid Şahsuvarlı Əmrah Musa oğlunun nəşi Şərur rayon Xanlıqlar kənd qəbirstanlığında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️