Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Müşviq Qasım oğlu Səfərov 11.09.1973-cü ildə Kəngərli rayon Yurdçu kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Yurdçu kənd orta məktəbində təhsil alıb.
1992-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, əvvəlcə Naxçıvanda hərbi xidmət etmiş, daha sonra Sədərək döyüşlərində iştirak etmişdir.
17 may 1992-ci ildə döyüşlər zamanı snayperlə başından vurularaq ağır yaralanır.
18 may 1992-ci ildə xəstaxanada şəhid olmuşdur. Yurdçu kənd qəbiristanlığında dəfn olunmuşdur.