Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Səfiyev Mahir Əhməd oğlu 1 dekabr 1975-ci ildə Şərur rayon Danzik (Danyeri) kəndində anadan olmuşdur. 1982-ci ildə Yenikənd (indiki Danyeri) kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1994-cü ildə hərbi xidmətə yollanmış və 4 il vətənə xidmət etmişdir.
Çavuş Səfiyev Mahir Əhməd oğlu 3-cü motoatıcı taborun 1-ci bölüyünün 1-ci tağımında manqa komandiri kimi xidmətini davam etdirmişdir. Səfiyev Mahir əsl vətənpərvər, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirən bir igid olmuşdur. 12 may 1997-ci il tarixdə “Soyuq” döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina patlaması nəticəsində həlak olmuşdur.
Səfiyev Mahir Əhməd oğlunun nəşi Şərur rayon Yenikənd (indiki Danyeri) kənd qəbristanlığında dəfn edilib.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️