Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Seyidov İlkin Mirnəzir oğlu 1969-cu il sentyabrın 23-də Şərur rayonunun İbadulla kəndində anadan olmuşdur. Naxçıvan şəhərindəki 5 nömrəli orta məktəbi bitirdikdən sonra Uzaq Şərqdə -Xasan gölü ətrafında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Naxçıvan MR Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilmiş, bölmə komandiri vəzifəsinədək yüksəlmişdir.19 may 1992-ci ildə Ucubiz dağı uğrunda döyüşdə qəhrəmanlıqla şəhid olmuşdur. Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.