Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Seyidov Mirhəşim Mirşəmil oğlu 20 may 1958 - ci ildə Şərur rayonun Oğlanqala kəndində anadan olub. 1965 - ci ildə Qafar Məmmədov adına Oğlanqala kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1975-ci ildə həmin məktəbi orta qiymətlərlə bitirib. 1977 - ci ildə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini keçmiş Sovet Ordusu sıralarında xidmət etmiş və döyüş texnikasını mükəmməl öyrənmişdir. 1979 - cu ildə hərbi xidməti başa vurduqdan sonra Maksim Qorki adına sovxozda gözətçi işləmişdir. 1983 - cü ildə ailə həyatı qurub həmin evlilikdən dörd (üç qız bir oğlan) övladı olub. Mirhəşim Seyidov I Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmişdir. Sədərək uğrunda gedən döyüşlərdə Mirhəşim Seyidov daha çox gözə çarpır, düşmənə daha ağır zərbələr endirirdi. 19 yanvar 1990-cı ildə Sədərək uğrunda gedən döyüşlərdə cəsarətlə döyüşmüş və şəhidlik zirvəsinə ucalmışdır.
20 yanvar 1990-cı ildə şəhidin nəşi Naxçıvan Muxtar Respublikasının Şərur rayon Oğlanqala kəndinə gətirilmiş və Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️