Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Xəlilli Murad Vəli oğlu

Kiçik Çavuş

Şərur

Doğum tarixi: 14.06.1994

Xəlilli Murad Vəli oğlu 1994-cü il iyulun 14-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Təhsilini Çomaxtur kənd tam orta məktəbində almışdır. Azərbaycan Ordusunun xüsusi təyinatlısı kiçik çavuşu Murad Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində, oktyabrın 30-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan  İlham Əliyevin müvafiq Sərəncamları ilə Murad Xəlilli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Vətənə əmanət 1 övladı vardır. Şəhid Xəlilli Murad Vəli oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.