Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Zeynalov Elnur Elsəvər

Baş leytenant

Ordubad

Doğum tarixi: 28.07.1994

Baş leytenant Zeynalov Elnur Elsevər oğlu 28.07.1994-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. 2011-2015-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Baş leytenant Elnur Zeynalov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 31.10.2020-ci ildə Xocavənd rayonu, Qızılqaya yüksəkliyi uğruda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Naxçıvan şəhərində dəfn olunub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzlinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.