Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev1992-ci il təvəllüdlüdür. Azərbaycan Texniki Universitetinin "Sənayenin təşkili və idarə olunması" ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 2015-ci il 13 yanvar tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələndirmə Mərkəzində aparıcı mütəxəssis vəzifəsində başlamışdır. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyində məsləhətçi, 2017-2018-ci illərdə Nazirliyin aparatının risklərin idarə olunması şöbəsində məsləhətçi, 2018-2019 illərdə ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsində sektor müdiri vəzifəsində çalışmışdır. 2019-2021-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif struktur bölmələrində fəaliyyətini davam etdirmiş, 2021-ci ildə Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ildə Geoloji Kəşfiyyat Agentliyi PHŞ-in idarə heyətinin sədr müavini və sədr əvəzi vəzifəsində çalışmış, 20 May 2023-cü ildə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilmiş və həmin tarixdən nazir vəzifəsini icra etmişdir. 4 iyun 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilmişdir.
1992-ci il təvəllüdlüdür. Azərbaycan Texniki Universitetinin "Mühəndis biznesi və menecment" ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 2015-ci ildə "Molbulak" Bank Olmayan Kredit Təşkilatında maliyyə-kredit şöbəsində təcrübəçi kimi başlamışdır. 2018-ci ildə "Inter Tobacco" MMC-də iqtisadçı-mühasib, 2018–2021-ci illərdə "Azərtütün ASK" MMC-də büdcə üzrə iqtisadçı-mühasib, 2021–2022-ci illərdə "Zaqatala Aqro Industry" MMC-də iqtisadçı, 2022-ci ildə "TET International Development" MMC-də Aqrar Departamentin baş mühasibi vəzifələrində çalışmışdır.
17 yanvar 2024-cü il tarixindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
27 iyul 2026-cı il tarixindən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
1979-cu il təvəllüdlüdür. Naxçıvan Dövlət Universitetinin Coğrafiya ixtisası üzrə ali təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi" ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 2001-ci ildə Milax kənd orta məktəbində müəllim vəzifəsində başlamışdır. 2007–2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji sərvətlərin bərpası, artırılması və hesaba alınması sektorunda sektor müdiri, 2009–2019-cu illərdə Nazirliyin Bioloji sərvətlər və xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsinin müdiri, 2019–2025-ci illərdə Nazirliyin Aparatının müxtəlif şöbələrində şöbə müdiri vəzifələrində çalışmışdır.
1 iyul 2025-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışır.