Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib

Şahbuz rayonunun Kükü kəndində ətraf mühitin mühafizəsi və ekoloji qanunvericiliyin tələblərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları ətraf mühitin mühafizəsi, ekoloji qanunvericiliyin əsas tələbləri, vətəndaşların hüquq və vəzifələri barədə məlumat veriblər.

Tədbirdə yaşıllıqların qorunması, tullantıların düzgün idarə olunması, su və torpaq ehtiyatlarının mühafizəsi, qanunsuz ov hallarının qarşısının alınması və ekoloji hüquqpozmalarla mübarizə məsələləri müzakirə olunub.

Bildirilib ki, ətraf mühitin qorunması hər bir vətəndaşın məsuliyyətidir və ekoloji maarifləndirmə tədbirləri bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Sonda iştirakçıların sualları cavablandırılıb və ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.