Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekoloji təhlükəsizlik

Fəaliyyət istiqamətləri
Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; tullantıların, o cümlədən atmosfer havasına ve su hövzələrinə atılan tullantıların idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi sahəsində, habelə ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsində, bütövlükdə ətraf mühitə zərərli fiziki təsir göstərən fəaliyyət sahələrində qayda ve normalara əməl olunmasına fasiləsiz nəzarəti həyata keçirmək; müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək; ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək; dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.