ünvan
Ünvan:
Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Email:
office@neco.gov.az
Telefon:
(+99436) 545-72-58
(+99436) 545-75-89
NAXÇIVAN MUXTAR RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktublar şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə "Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 23 iyun tarixli 950 nömrəli Fərmanına uyğun olaraq qeydiyyata alınır və baxılır.
Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
- Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
- Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
- Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin E-mail: office@neco.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Naxçıvan şəhəri, AZ 7000, Cəlil Məmmədquluzadə küçəsi 42, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
Nazirlik və qurumların rəhbər şəxslərinin qəbul günlərinin qrafiki
Vətəndaşların qəbulu aşağıda göstərilən günlər, saatlar və ünvanlar üzrə həyata keçirilir.
| S/s | Ad soyad | Vəzifəsi | Qəbul günləri | Qəbul saatı | Ünvan | Əlaqə |
|---|---|---|---|---|---|---|
| 1 | Xanlar Mustafayev | Nazir | IV | 14:00-18:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 2 | Ülvi Hacızadə | Nazir müavini | II | 15:00-18:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 3 | Şövqi Əliyev | Aparat rəhbəri | III | 15:00-18:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 4 | Sevinc Səmədova | Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri | I | 15:00-18:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 5 | Ramiz Rəsulov | Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri | V | 15:00-18:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 6 | Azər Məmmədov | Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi | I-III-V | 10:30-13:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 7 | Nicat Babayev | Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini | II-IV | 10:30-13:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 8 | Vüsal Ağayev | Dövlət Ekoloji Ekspertiza Agentliyi publik hüquqi şəxsin idarə heyətinin sədri | I-III-V | 10:30-13:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 9 | Ziyad Abbasov | Dövlət Ekoloji Ekspertiza Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini | II-IV | 10:30-13:00 | Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası. Birinci mərtəbə qəbul otağı | (+99436) 545-72-58 (+99436) 545-75-89 |
| 10 | Əli Vəliyev | Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ-nin idarə heyətinin sədri | III | 10:30-13:00 | Culfa şəhəri, 1-ci məhəllə, döngə 12/6. Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ-nin inzibati binası | (+99436) 556-09-71 |
| 11 | İlkin Tahirov | Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ-nin idarə heyəti sədrinin müavini | I | 15:00-18:00 | Culfa şəhəri, 1-ci məhəllə, döngə 12/6. Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ-nin inzibati binası | (+99436) 556-09-71 |
| 12 | Yasin Mənsimov | Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin rəisi | II | 15:00-18:00 | Naxçıvan şəhər Xətai məhəlləsi 4/48. Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin inzibati binası, birinci mərtəbə | (+99436) 544-62-20 |
| 13 | Turab Quliyev | Yaşıllaşdırma və Landşaft Quruluşu MMC-nin direktoru | IV | 15:00-18:00 | Naxçıvan şəhər Xətai məhəlləsi 4/48. Yaşıllaşdırma və Landşaft Quruluşu MMC-nin inzibati binası, üçüncü mərtəbə | (+99436) 545-11-64 |
| 14 | Samil Sarıyev | Hidrometeorologiya Mərkəzinin direktoru | V | 15:00-18:00 | Naxçıvan şəhər Xətai məhəlləsi 4/48. Hidrometeorologiya Mərkəzinin inzibati binası ikinci mərtəbə | (+99436) 545-43-22 |
| 15 | Həsənqulu Kərimov | Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının direktoru | III | 15:00-18:00 | Şahbuz rayon Biçənək kəndində yerləşən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının inzibati binası | (+99436) 543-35-42 |