Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"Ozon Qatının Mühafizəsi Günü" ilə bağlı tədbir keçirilib

16 sentyabr-Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbir keçirilib.
Tədbirdə ozon qatının qorunmasının ətraf mühit və insan sağlamlığı üçün əhəmiyyəti, atmosfer havasının mühafizəsi, ekoloji dayanıqlılığın təmin olunması, eləcə də ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi Ceyhun Bağırov Naxçıvanda atmosfer havasının mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər, elektromobillərdən istifadənin və ekoloji təmiz ictimai nəqliyyat vasitələrinin təşviqi barədə danışıb.
Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzi birinci şöbənin böyük inspektoru Emin Zeynalov isə elektromobil və hibrid nəqliyyat vasitələrinin idxal dinamikası, statistik göstəricilər və tətbiq olunan gömrük güzəştləri barədə təqdimatla çıxış edib.
Tədbirin sonunda ozon qatının mühafizəsi, ozondağıdıcı maddələrin ətraf mühitə təsirinin azaldılması, atmosfer havasının qorunması və ekoloji dayanıqlılığın təmin olunması ilə bağlı videoçarx nümayiş etdirilib.

#16Sentyabr #OzonQatınınMühafizəsiGünü