Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İnzibati icraatın aparılması mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloji nəzarətin həyata keçirilməsi zamanı inzibati icraatın aparılması qaydalarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə aparılması, inzibati xəta haqqında işlər üzrə icraatın əsas prinsipləri, inzibati protokolların tərtib edilməsi, sübutların toplanması və qiymətləndirilməsi, habelə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Çıxış zamanı ekoloji nəzarət sahəsində fəaliyyət göstərən əməkdaşların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini düzgün tətbiq etməsinin vacibliyi vurğulanıb.

#etsn #detx