Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Babək rayonunun Xalxal sahəsində faydalı qazıntıların axtarış-qiymətləndirmə işləri aparılır

29.09.2026, 06:18
Babək rayonunun Xalxal sahəsində faydalı qazıntıların axtarış-qiymətləndirmə işləri aparılır

Babək rayonunun Xalxal sahəsində faydalı qazıntıların axtarış-qiymətləndirmə işləri aparılır

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Babək rayonunun Xalxal sahəsində qara, əlvan və nəcib metallara axtarış-qiymətləndirmə işləri davam etdirilir.

Naxçıvan şəhərindən 18 kilometr şimal-qərbdə, Naxçıvançayın orta axım hövzəsində yerləşən Xalxal sərbəst mis təzahürü 1963-cü ildə aşkar olunub. Ərazidə 1970–1980-ci illərdə ilkin axtarış işləri aparılıb.

Hazırda 12,8 kvadratkilometr ərazidə 1:25 000 miqyaslı axtarış işləri həyata keçirilib, marşrutlar keçilib, geofiziki tədqiqatlar aparılıb, həmçinin yerüstü dağ qazmalarının – şurf və xəndəklərin fiziki həcmləri müəyyənləşdirilib.

Filizləşmənin dərinlikdə öyrənilməsi, yerin təkindəki mineral ehtiyatların tərkibinin müəyyənləşdirilməsi və sahənin perspektivliyinin qiymətləndirilməsi məqsədilə hazırda buruq-qazma işləri davam etdirilir.

Çöl işləri başa çatdıqdan sonra əldə olunan nəticələr əsasında geoloji hesabat hazırlanacaq.