Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

27 sentyabr-Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

29.09.2026, 06:20
27 sentyabr-Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

27 sentyabr-Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Naxçıvan–Çalxanqala avtomobil yolunun 12-ci kilometrliyində keçirilən aksiyada Nazirliyin rəhbərliyi, Nazirliyin və tabeli qurumlarının əməkdaşları, eləcə də ekokönüllülər iştirak ediblər.

Aksiya çərçivəsində 1 hektar ərazidə dibçəkdə yetişdirilmiş 505 ədəd tut tingi əkilib. Əkilən tinglər ərazidə quraşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılıb.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd şəhidlərin əziz xatirəsini ehtiramla yad edilməsi, yaşadılması, sağlam ətraf mühitin formalaşdırılmasına töhfə verilməsidir.