Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Tələbələr istehsalat təcrübəsi çərçivəsində Hidrometeorologiya idarəsinin Naxçıvan Meteoroloji Stansiyasında olmuşlar

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019 - cu il tarixli sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət  Universitetinin "Ekologiya mühəndisliyi" və "Geologiya mühəndisliyi" ixtisasları üzrə 4-cü kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində Hidrometeorologiya idarəsinin Naxçıvan Meteoroloji Stansiyasında olmuşlar. Avtomat meteoroloji stansiyada küləyin sürəti və istiqaməti, havanın minimum və maksimum temperaturu, nisbi rütubəti, atmosfer təzyiqi, şeh nöqtəsi, yağıntı və torpağın temperaturu haqqında məlumatların əldə edilməsi və birbaşa internet vasitəsilə kompüterə ötürülməsi və arxivləşdirilməsi  haqqında məlumatlar verilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

Bundan sonra da tələbələrə istehsal müəssisələrində istehsalat təcrübəsi tədbirlərinin keçirilməsi davam etdiriləcəkdir.