Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı təlim keçirilib

01.10.2026, 05:25
Vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı təlim keçirilib


Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı təlim keçirilib.
Təlimdə Nazirliyin yanında və tabeliyində olan aidiyyəti struktur bölmələrin əməkdaşları iştirak ediblər.
Tədbirdə vətəndaş müraciətlərinin qəbulu, qeydiyyata alınması, araşdırılması və qanunvericiliyin tələblərinə uyğun cavablandırılması, eləcə də müraciətlər üzrə tapşırıqların vaxtında və düzgün icrasının təmin edilməsi məsələləri diqqətə çatdırılıb.
Təlim zamanı Nazirliyin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin Hüquqi təminat və icraya nəzarət sektorunun müdiri Qəhrəman Qasımov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının, müraciətlərin mahiyyəti üzrə obyektiv araşdırılmasının və vətəndaşların məlumatlandırılmasının əhəmiyyəti vurğulanıb.
Həmçinin müraciətlərə baxılması prosesində sənədləşmə, icra intizamı və nəzarət mexanizmləri ilə bağlı məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.