Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan şəhəri və rayonlarda ekoloji monitorinqlər keçirilib

01.10.2026, 05:29
Naxçıvan şəhəri və rayonlarda ekoloji monitorinqlər keçirilib

2026-cı ilin sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Hidrometeorologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri və rayonlarda növbəti planlı ekoloji monitorinqlər həyata keçirilib.

Monitorinqlər zamanı atmosfer havasının keyfiyyəti, radioaktiv fon, ətraf mühitə təsir göstərən fiziki amillər, elektromaqnit şüalanması, səs-küy və vibrasiya üzrə müvafiq ölçmə və təhlillər aparılıb.

Aparılan ölçmə və təhlillərin nəticələrinə əsasən, monitorinq keçirilən ərazilərdə qeydə alınmış göstəricilərin müəyyən edilmiş ekoloji norma və standartlara uyğun olduğu müəyyən edilib.

Monitorinqlərin əsas məqsədi ətraf mühitin mövcud vəziyyətinin qiymətləndirilməsi, təbii və antropogen təsirlərin müəyyənləşdirilməsi, ekoloji risklərin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsidir.

Sistemli monitorinq və nəzarət tədbirləri regionda ekoloji təhlükəsizliyin təmin olunmasına, ətraf mühitin mühafizəsinə və sağlam ekoloji mühitin qorunmasına xidmət edir.