Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı tədbir keçirilib

01.10.2026, 05:32
Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə əməkdaşların məlumatlılığının artırılması, dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməsinin əhəmiyyətinin diqqətə çatdırılması, maraqlar toqquşmasının qarşısının alınması və şəffaf idarəetmə prinsiplərinin təşviq edilməsindən ibarət olub.

Tədbirdə mövzu ilə bağlı çıxışlar edilib, çıxışlarda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, etik davranış prinsiplərinə riayət olunması, dövlət qulluğunda şəffaflıq və məsuliyyətin təmin edilməsi, həmçinin maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb.

Bildirilib ki, bu istiqamətdə tədbirlərin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarına dair fikir mübadiləsi aparılıb.