Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.

Dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verildi.

Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb. XXIII əsrdə Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb. Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.