Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Zəngəzur Milli Parkının Batabat ərazisində yerləşən informasiya mərkəzində seminar treninq keçirilmişdir.

   Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Universitetinin birgə təşkilatçılığı ilə universitetin Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan 30- a yaxın tələbəsinin iştirakı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisində yerləşən informasiya mərkəzində seminar treninq keçirilmişdir. Treninq zamanı iştirakçılara slayt vasitəsilə muxtar respublikanın təbiəti, turizm potensialı və xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan flora və fauna ehtiyatları haqqında geniş məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Sonra iştirakçılar informasiya mərkəzində olan muzey fondu ilə tanış olublar. Tədbirin sonunda iştirakçılara çay süfrəsi təşkil edilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd doğma təbiətimizin mühafizəsi sahəsində gənclərin rolunun artırılmasıdır.