Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1 aprel Beynəlxalq Quşlar Günü ilə bağlı tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hami ixtisas tələbələrinin və ekologiya könüllülərinin iştirakı ilə Araz Su Anbarı ətrafında 01 aprel  Beynəlxalq Quşlar Günü ilə bağlı tədbir keçirilib. Tədbir zamanı iştirakçılara Beynəlxalq Quşlar Günü ilə bağlı ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Sonra gənclər xüsusi binokllar vasitəsilə ərazidəki quşları müşahidə etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd mövcud quş növlərinin qorunması və artırılması sahəsində gənc nəslin rolunun artırılmasıdır.