Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində “Ekstremal hava hadisələrinin monitorinqləri və onların təsirlərinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı ekstremal hava hadisələrinin əsas növləri, onların müşahidəsi və monitorinqi, təhlükəli meteoroloji hadisələrin vaxtında aşkar edilməsi, meteoroloji məlumatların düzgün toplanması, təhlili və qiymətləndirilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
İldırım, güclü külək, dolu, leysan yağışları, intensiv qar və digər ekstremal hava hadisələrinin yaratdığı risklər, eləcə də onların təsirlərinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi ekstremal hava hadisələrinin monitorinqinin keyfiyyətinin və operativliyinin artırılması, təhlükəli hadisələrin vaxtında müəyyən edilərək düzgün qiymətləndirilməsi, meteoroloji müşahidələrin səmərəli aparılması, həmçinin əməkdaşların bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
