Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Meteoroloji məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində “Sinoptik bölmə ilə meteoroloji məntəqələr arasında operativ məlumat mübadiləsi” mövzusunda onlayn təlim keçirilib.
Təlim zamanı meteoroloji müşahidə məlumatlarının vaxtında və düzgün ötürülməsi, məlumatların qəbulu, yoxlanılması və təhlili, eləcə də meteoroloji hadisələr barədə informasiyanın operativ çatdırılması ilə bağlı məsələlər izah olunub.
Həmçinin məlumat mübadiləsi zamanı yarana biləcək problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verilib.
Təlimin əsas məqsədi sinoptik bölmə ilə meteoroloji məntəqələr arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, meteoroloji məlumatların keyfiyyətinin yüksəldilməsi və əməkdaşların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.