Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Batabatda “Beynəlxalq Gənclər Günü” ilə əlaqədar təmizlik aksiyası keçirilib


12 avqust-“Beynəlxalq Gənclər Günü” ilə əlaqədar Şahbuz rayonunun Batabat ərazisində təmizlik aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada hər iki nazirliyin əməkdaşları, eyni zamanda qurumların könüllüləri iştirak ediblər.

Aksiya zamanı vətəndaşların istirahət üçün üz tutduqları Batabat ərazisi ümumilikdə 140 kiloqramdan artıq tullantılardan təmizlənib.

Daha sonra könüllülər tərəfidən istirahət edən vətəndaşlarla ətraf mühitin qorunması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin və ictimaiyyətin ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.

Vətəndaşları istirahət etdikləri əraziləri təmiz saxlamağa, məişət tullantılarını yol kənarlarına, meşə və yaşıllıq sahələrinə atmamağa, tullantıları yalnız təyinatı üzrə ayrılmış yerlərə atmağa çağırırıq.

#beynəlxalqkönüllülərgünü #təbiətibirgəqoruyaq #etsn #ekokönüllülər #təmizlikaksiyası