Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Culfanın dağlıq ərazisində vəhşi heyvanlar üçün biotexniki tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Culfa rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib.

Tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu Ləkətağ kəndinin yaxınlığındakı dağlıq əraziyə 30 kip qaba yem və 200 kiloqram daşduz dağıdılıb.

Nazirlik tərəfindən fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.