Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Davranış qaydaları, korporativ mədəniyyət və işçilər arasında işgüzar ünsiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni işə qəbul edilən əməkdaşlar üçün “Davranış qaydaları, korporativ mədəniyyət və işçilər arasında işgüzar ünsiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir zamanı iştirakçılara dövlət qulluğunda davranış qaydaları, etik prinsiplər, korporativ mədəniyyət, işgüzar ünsiyyət və əməkdaşlar arasında düzgün münasibətlərin qurulması ilə bağlı təqdimat nümayiş etdirilib və ətraflı məlumat verilib.

Həmçinin yeni işə qəbul olunan əməkdaşların iş mühitinə uyğunlaşması, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı etik davranış və peşəkar ünsiyyət qaydalarına riayət olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində əməkdaşların mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbir Nazirliyin 2026-cı il üçün peşəkar inkişaf tədbirlərinin planına uyğun olaraq təşkil olunub.