Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Daxili audit sənədləşdirilməsinin təşkili və daxili auditdən sonra həyata keçirilən tədbirlər, sənədləşmələrin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə daxili audit sahəsində sənədləşmənin təşkili, auditdən sonra həyata keçirilən tədbirlər, audit prosesinin aparılması və sənədləşdirilməsi mövzularında təqdimatlar nümayiş etdirilib. Çıxışlar zamanı iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib, daxili audit prosesinin səmərəli təşkili və qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsinin əhəmiyyəti vurğulanıb.