Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və onların tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və onların tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik bazası, normativ hüquqi aktların tətbiqi, dövlət nəzarəti və hüquqi məsuliyyət məsələlərinə dair çıxışlar dinlənilib, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin keçirilməsində əsas məqsəd Nazirliyin əməkdaşlarının ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları barədə məlumatlılığının artırılması, həmin normativ hüquqi aktların praktik tətbiqinin izah edilməsi, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının təşviqi və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.