Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Tədbirin əsas məqsədi əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlılığın gücləndirilməsi və fövqəladə hallar zamanı düzgün davranış bacarıqlarının formalaşdırılması olub.
Seminar zamanı müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, 101 və 112 xidmətləri, həmçinin yanğın, partlayış və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması ilə bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində mövzulara uyğun slayd və videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
🤝 Tədbir əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması baxımından faydalı olub.
#Naxçıvan #Ekologiya #TəbiiSərvətlər #FövqəladəHallar #YanğınTəhlükəsizliyi