Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“İşləyən və təxris (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik statistik hesabat”ın tərtib edilməsi mövzusunda tədbir keçirilib

2026-cı il üzrə Peşəkar İnkişaf Tədbirlərinin Planına uyğun olaraq keçirilən tədbir zamanı müvafiq hesabatın hazırlanması qaydaları, məlumatların düzgün və dəqiq şəkildə toplanılması, işlənilməsi və rəsmiləşdirilməsi, eləcə də hesabat məlumatlarının müəyyən edilmiş müddətlərdə təqdim olunması ilə bağlı əməkdaşlara ətraflı məlumat verilib. Görüş çərçivəsində əməkdaşların bu sahədə praktiki biliklərinin artırılması, hesabatların hazırlanması prosesində vahid yanaşmanın təmin edilməsi və peşəkar bacarıqların təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

#Naxçıvan #Ekologiya #Peşəkarİnkişaf #Təlim #StatistikHesabat