Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Könüllü gənclər Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan mineral bulaqlarla tanış olublar

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən ekoloji maarifləndirmə tədbirləri çərçivəsində könüllü gənclərin Babək rayonu ərazisində yerləşən mineral bulaqlara ekskursiyası təşkil olunub.
Ekskursiyanın keçirilməsində əsas məqsəd gəncləri muxtar respublikanın zəngin təbii sərvətləri ilə yaxından tanış etmək, mineral bulaqların ekoloji, iqtisadi və müalicəvi əhəmiyyəti barədə məlumatlandırmaq, eyni zamanda onlarda təbii sərvətlərimizin qorunmasına məsuliyyətli yanaşma formalaşdırmaq olub.
Ekskursiya çərçivəsində könüllülər Babək rayonunun Vayxır, Sirab və Nəhəcir kəndlərində yerləşən mineral bulaqlara baş çəkiblər. Onlara bu bulaqların yaranma xüsusiyyətləri, mineral tərkibi, müalicəvi əhəmiyyəti, insan sağlamlığı üçün faydaları, həmçinin mineral su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsinin vacibliyi barədə ətraflı məlumat verilib.
Mineral bulaqları yaxından müşahidə etmək imkanı qazanan könüllü gənclər üçün ekskursiya maraqlı və yaddaqalan olub.