Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Könüllülər tərəfindən müəyyən olunmuş ərazilərə qaba yem və daşduz dağıdılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə "ekologiya könüllüləri" tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu "Zərnətün dərəsi" adlandırılan ərazisində biotexniki tədbir keçirilib. Könüllülər tərəfindən müəyyən olunmuş ərazilərə qaba yem və daşduz dağıdılıb.
    Tədbirin keçirilməsində əsas məqsəd qış fəslində qalın qar örtüyü müşahidə olunan ərazilərdə çöl heyvanlarının qida maddələrinə olan tələbatını qismən ödəməkdən ibarətdir.