Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Meyvə bağlarında qabaqlayıcı tədbirlər davam etdirilir

Şərur rayonunun Püsyan kəndi ərazisində 10,8 hektar sahədə salınan meyvə bağlarında xəstəlik törədiciləri və zərərvericilərə qarşı dərmanlama işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən dərmanlama işləri xəstəlik törədiciləri və zərərvericilərin yayılmasının qarşısının alınması, meyvə ağaclarının və tinglərin sağlamlığının təmin edilməsi, eləcə də yaşıllıqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür qabaqlayıcı tədbirlər ağac və tinglərin sağlam böyüməsinə, gələcəkdə məhsuldar bağların formalaşmasına və keyfiyyətli məhsul əldə olunmasına zəmin yaradır.

Qeyd edək ki, meyvə bağlarında və yaşıllıq sahələrində mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir, ağac və tinglərin suvarılması, ətraflarının təmizlənməsi və ümumi vəziyyətinin nəzarətdə saxlanılması diqqət mərkəzindədir.