Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev avqustun 6-da Kəngərli rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Xanlar Mustafayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların işlə təminolunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərlərinin isə qanunvericiliyə uyğun baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
