Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan şəhərində ekoloji monitorinq keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində ekoloji monitorinq keçirilib.

9 sentyabr 2025-ci il tarixində keçirilən monitorinq çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. 8 fərqli məntəqədə aparılan monitorinqin nəticəsinə əsasən göstəricilər norma daxilində olub.


Keçirilən monitorinqlərin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsidir.
Qeyd edək ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında mütəmadi aparılan ekoloji monitorinqlər regionda ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.