Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
axçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ekologiya könüllüləri Güznüt gölü ətrafında təmizlik aksiyası keçirib. Sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-səhman yaradıblar.
Təmizlik aksiyasından sonra gənclər Naxçıvançay vadisində “Könüllülər bağı” salıblar. 1,5 hektara yaxın sahədə salınan bağda gənclər meyvə tingləri əkib, onlara qulluq göstəriblər.