Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2026-cı il üçün peşəkar inkişaf tədbirlərinin planına uyğun olaraq, 19 avqust 2026-cı il tarixində “Normativ hüquqi akt layihələrinin hazırlanması və razılaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı normativ hüquqi akt layihələrinin hazırlanma mərhələləri, hazırlanması və razılaşdırılması qaydaları, eləcə də bu prosesin əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Mövzu ilə bağlı təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.