Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ordubad rayonunda yerləşən “Kotam” qırmadaş yatağı üzrə hərrac keçirilib



Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.

Hərraca Ordubad rayonu Ordubad bələdiyyəsinin sərhədləri daxilində yerləşən“Kotam” qırmadaş yatağının 2,2 hektar sahəsi çıxarılıb. Başlanğıc qiyməti 49 700 (qırx doqquz min yeddi yüz) manat müəyyən edilən hərrac 68 000 (altmış səkkiz min) manatla yekunlaşıb.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.