Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev-1785219262.jpg)
Görüşdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Nazirliyin əməkdaşları və yaylaq istifadəçiləri iştirak ediblər.
Görüş zamanı yay otlaq sahələrindən düzgün və səmərəli istifadə, təbii sərvətlərin qorunması, ətraf mühitin mühafizəsi, ekoloji davamlılığın təmin olunması və mövsümi risklər barədə maarifləndirici söhbətlər aparılıb.
Nazir Xanlar Mustafayev fermerlərlə səmimi fikir mübadiləsi apararaq onların qarşılaşdıqları çətinlikləri və təklifləri dinləyib. Səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.
Görüşün əsas məqsədi yay otlaq sahələrindən davamlı və məsuliyyətli istifadənin təşviqi, təbii sərvətlərin qorunması və yaylaq istifadəçiləri arasında ekoloji maarifləndirmənin gücləndirilməsidir.