Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Planlı ekoloji monitorinqlər həyata keçirilib

Monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fonun səviyyəsi, ətraf mühitə təsir edən fiziki amillər, elektromaqnit şüalanması, səs-küy və vibrasiya kimi faktorlar üzrə ölçmələr və müşahidələr aparılıb. Aparılan təhlillərin nəticələrinə əsasən, bütün göstəricilərin müəyyən edilmiş ekoloji norma və standartlara uyğun olduğu təsdiq edilib.

Keçirilən monitorinqlərin əsas məqsədi ətraf mühitin mövcud ekoloji vəziyyətinin kompleks qiymətləndirilməsi, təbii proseslər və antropogen təsirlərin ətraf mühitə mümkün təsirlərinin müəyyənləşdirilməsi, eləcə də regionda ekoloji təhlükəsizliyin təmin olunmasına nəzarətin daha da gücləndirilməsidir.

Bununla yanaşı, aparılan müşahidələr ətraf mühitin davamlı monitorinqinin təşkili, ekoloji sabitliyin qorunması, mümkün ekoloji risklərin vaxtında müəyyən edilməsi və əhalinin sağlam, təhlükəsiz ekoloji mühitdə yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.