Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Sağlam və keyfiyyətli tinglərin yetişdirilməsi üçün aqrotexniki qulluq işləri davam edir

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin edilməsi, eləcə də sağlam əkin materialının yetişdirilməsi məqsədilə tinglik sahələrində aqrotexniki qulluq işləri planlı şəkildə davam etdirilir.

Nazirliyin Qoşadizə və Xətai tinglik sahələrində yetişdirilən tinglərə mövsümə uyğun aqrotexniki qulluq göstərilir.Tinglərin sağlam inkişafını təmin etmək məqsədilə sahələrə mineral və üzvi gübrələr verilir, alaq otlarından təmizlənmə işləri aparılır, eyni zamanda müntəzəm suvarma həyata keçirilir.

Həyata keçirilən aqrotexniki tədbirlər tinglərin normal inkişafına, sağlam və keyfiyyətli əkin materialının yetişdirilməsinə, eləcə də gələcək yaşıllaşdırma və meşəbərpa işlərinin səmərəliliyinin artırılmasına xidmət edir.