Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

⚠️XƏBƏRDARLIQ

06.10.2026, 11:35
⚠️XƏBƏRDARLIQ

Oktyabrın 6-sı axşamdan 7-si gündüzədək Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların güclənəcəyi gözlənilir.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar muxtar respublika ərazisində bəzi çaylarda su səviyyəsinin artacağı, ayrı-ayrı çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.